İran ABŞ ilə danışıqlarda Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməklə böyük bir səhvə yol verdi, çünki bu hərəkət beynəlxalq hüququ pozur.
Bunu Körfəz Əməkdaşlıq Şurasının baş katibinin müavini Əbdüləziz Əl-Ovayşəq deyib.
"Körfəz ölkələri müharibədən əvvəl İranla münasibətlərini qoruyub saxlamışdılar və biz münasibətlər üçün yeni bir təməlin yaranacağına ümid edirdik, ancaq İranın körfəz ölkələrinə İsrailə etdiyi hücumlardan daha çox hücum etməsi və anlaşmaların pozulmasından sonra Tehran, etemad körpüsünü bərpa etmək üçün ağır bir yüklə üzləşib",- o əlavə edib.
Əl-Ovayşəq həmçinin İranla gələcəkdə İranın nüvə proqramı, ballistik raketlər və regional müdaxilə məsələlərini həll edəcək bir razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib:
"Bizi istəsək də, istəməsək də, coğrafi şərayit bizi İranla əlaqə qurmağa məcbur edir".
visiontv.az