İran hökuməti türkmən futbolçunun əmlakını müsadirə etdi
27.03.2026

İran hökuməti xaricdə olan türkmən futbolçu və İran milli komandasının üzvü Sərdar Azmunun ölkədə olan əmlakını müsadirə edib.

Bu barədə İranın "Həmşəhri" qəzeti məlumat yayıb.

Məlumata görə, İran məhkəməsi futbol ulduzunu "müharibədə xarici ölkələri dəstəkləmək"də günahlandırıb.

Türkmənəsilli Sərdar Əzmun, BƏƏ Premyer Liqasında "Şabab əl-Əhli" klubunda oynayan futbolçudur. O, İran milli futbol komandasının tarixində ərdəbilli Əli Daidən sonra ikinci ən çox qol vuran oyunçu kimi tarixə düşüb.

visiontv.az