İslam Respublikasının yeni lideri Müctəba Xamənei "yaralı və təcrid olunmuş" vəziyyətdədir və ona göndərilən mesajlara cavab vermir.
Bu barədə Qərb mediası məlumat yayıb.
ABŞ və İsrail təhlükəsizlik rəsmiləri "Washington Post" qəzetinə bildiriblər ki, Müctəba Xamənei atasının öldürülməsindən sonra liderliyini elan etdiyindən bəri ictimaiyyət qarşısına çıxmayıb və xarici dünya ilə əlaqəsi ciddi şəkildə məhdudlaşıb.
İsrail rəsmilərinin sözlərinə görə, bu vəziyyətdə İnqilab Keşikçiləri Korpusu və bəzi ruhanilər İrandakı güc strukturu üzərində daha çox nəzarəti ələ keçiriblər.
Eyni zamanda, "Axios" veb saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ), İsrail Mossadının və digər kəşfiyyat orqanlarının Müctəba Xaməneinin harada olduğuna dair izlər tapmağa çalışdığını bildirib.
visiontv.az