İran AB-yə qarşı cavab variantlarını nəzərdən keçirir
02.02.2026

“Mehr News” agentliyi xəbər verib ki, Tehran Avropa Birliyinin (AB) SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarına cavab olaraq mümkün addımları nəzərdən keçirir.

Məlumata əsasən, İran hökuməti tərəfindən hazırda dörd mümkün cavab variantı müzakirə olunur və hazırlanır:

- Ölkədəki Avropa diplomatik mərkəzlərinin mühafizəsinin Baş Polis Komandanlığından SEPAH-a verilməsi;

- SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən Avropa ölkələrinə gedən ticarət gəmilərinin xüsusi yoxlamalarının aparılması;

- Avropa ölkələrinin hərbi attaşelərinin Tehrandan kütləvi şəkildə çıxarılması;

- İran hava limanlarında avropalı diplomatlar üçün xüsusi protokolların ləğv edilməsi və onların müntəzəm yoxlanılması.

visiontv.az