İrah internetə çıxış imkanlarının bəzi şəxslər tərəfindən gizli şəkildə satılmasından hiddətlənib
04.05.2026

İran hakimiyyəti, dövlət tərəfindən tənzimlənən internetə çıxış imkanlarının bəzi şəxslər tərəfindən gizli şəkildə satılmasından hiddətlənib - İran Məhkəmə Hakimiyyəti.

Məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhsen-Ejei bu "biabırçı" halların yoxlanılması barədə göstəriş verib. Belə ki, hakimiyyət orqanları interneti yalnız ehtiyacı olanlara - yəni dövlət mediasına, bəzi məmurlara və müəyyən biznes nümayəndələrinə vermək üçün xüsusi "ağ sim-kartlar" və "İnternet Pro" sistemini tətbiq etmişdi. Kimə internet veriləcəyinə isə yalnız dövlət qərar verir.

Lakin məlum olub ki, həmin "ağ sim-kartlara" çıxışı olanlar onlarla artıq geniş şəkildə ticarət edirlər. Möhsen-Ejei bildirib ki, peşə fəaliyyəti üzrə buna ixtiyarı olmayan şəxslərə internet çıxışı təmin edilib və bunu təşkil edənlər qarşılığında on milyonlarla tuman pul qazanıblar. O, bu vəziyyəti korrupsiya adlandırıb.

İranda nə zaman yeni və mürəkkəb bir sxem tətbiq olunsa, dərhal ondan qeyri-qanuni qazanc əldə edənlər tapılır. Bu, əvvəllər imtiyazlı dollar məzənnəsində, sanksiyalardan yayınma sxemlərində və hətta Pakistana yenidən satılan ucuz yanacaqda da müşahidə olunub. Nəticədə, tətbiq edilən məhdudiyyətlər total nəzarət sistemi deyil, hakimiyyətin özü də daxil olmaqla hər kəsin həyatını çətinləşdirən "dəliklərlə dolu bir xaos" yaradır. Bu vəziyyətdən ən çox zərər çəkən isə nə pulu, nə də lazımi əlaqələri olan sıravi İran vətəndaşıdır.

visiontv.az