Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 103 əcnəbi deportasiya edilib
01.04.2026

Son günlərdə Gürcüstanda qanuni əsas olmadan yaşayan 103 nəfər əcnəbi saxlanılıb.

 Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər ölkələrin vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya olunub. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.

DİN-nin məlumatında qeyd olunub ki, cari ilin birinci rübündə Gürcüstandan 904, təkcə mart ayında isə 360 nəfər qeyri-qanuni miqrant çıxarılıb.

visiontv.az