Pezşekian podratçı şirkətləri ləğv edib
01.05.2026

İran prezidenti Məsud Pezşekian podratçı şirkətlərin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.

İranın mediası bu qərarın bir neçə həftə əvvəl, müharibənin ən gərgin günlərində Pezşekiana istinadən yayıldığını bildirib. Bu gün isə sərəncamın verildiyi barədə məlumat yenidən gündəmə gətirilib. 

Qeyd edək ki, podratçı şirkətlərin ləğvi son 10 ildən artıqdır İranın müxtəlif istehsalat sahələrində, xüsusilə də neft və neft-kimya sənayesində işçilərin etiraz aksiyalarında irəli sürdüyü əsas tələblərdən biri olub.

visiontv.az