Güney Azərbaycan sevdalılarının Milli Birlik Yürüşü: Təbrizdə Türklüyün səsi yüksələcək
26.06.2024

Oy verən, oy verməyən bütün Güney Azərbaycan sevdalıları yan-yana durub, qol-qola verib çarşamba günü başkənd Təbrizdə milli birliyimizi, diriliyimizi, Türklüyümüzü fəryad edərək dünyaya duyuracaq. Milli istəklərimizi müzakirə edib, masaya yatırmağa özən göstərəcəklər.

Bizim əsas qazancımız, birliyimizi sağlamaq və milli mücadiləmizi irəli aparmaqdan ibarətdir.

Güney Azərbaycan sevdalıları, bu yolda heç bir maneəyə boyun əymədən, birlik və bərabərlik içində, haqq səsimizi yüksəltməyi hədəfləyir. Təbrizdə keçiriləcək bu toplantı, yalnız milli kimliyimizi təsdiqləmək deyil, həm də gələcək nəsillərə bir miras olaraq milli birliyimizin əhəmiyyətini göstərmək üçün bir fürsətdir.

Milli mücadilə yolunda, hər bir fərd öz üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməklə, birlik və dirilik içində böyük bir gücə sahib olduğumuzu nümayiş etdirəcəkdir. Bu birlik, milli istəklərimizi həyata keçirmək və Güney Azərbaycanın gələcəyini təmin etmək üçün vacibdir. 

Əsas məqsədimiz, milli mücadiləmizi irəli aparmaq və birliyimizi daha da gücləndirməkdir. Bu yolda irəliləyərək, Güney Azərbaycan Türk millətinin haqlı mübarizəsini dünya ictimaiyyətinə çatdırmaq və onların dəstəyini qazanmaq əsas hədəfimizdir.

Gazeteci, Yazar: Mesut HARAY 

visiontv.az