Göygöl sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu
03.11.2022

“Xahiş edirik , Göygöl rayonunun Yalqışlaq, Quşçu və Danayeri kəndlərinin yaxın gələcəkdə qazlaşdırılmasını həyata keçirəsiniz”.

Bu müraciətlə müvafiq olaraq Zülfüqar Abbasov, Koroğlu Məmmədov və Gülabatın Abbasova mikrofon önündə çıxış ediblər. Ümumilikdə 6 müraciətin səsləndirildiyi “Səyyar qəbul otağı”nın digər sakinləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə yanaşı, həm də göstərilən köməklikliyə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər. Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

Visiontv.az