Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına başlayır.
BŞH-dən Visiontv.az-a bildiriblər ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək.
Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.
Orxan Kərimov