Feysbuka bir ilahiyyatçının videosunu qoymuşdular: elə ürəkdən danışırdı ki, adamın lap inanmağı gəlirdi
Feysbuka bir ilahiyyatçının videosunu qoymuşdular: elə ürəkdən danışırdı ki, adamın lap inanmağı gəlirdi
18.07.2023 Səlahəddin Xəlilov Tərəfindən

O gün fb-də bir ilahiyyatçının videosunu qoymuşdular: elə ürəkdən danışırdı ki, adamın lap inanmağı gəlirdi. Deyir, namaz qılmayanın yeri cəhənnəmdir, - istər dünyanın ən ləyaqətli, səxavətli, ədalətli adamı olsun, - fərqi yoxdur; cənnətin qapısını açan namazdır.

İstər-istəməz sual yaranır, bəlkə doğrudan da belədir, yoxsa adama nə düşüb ki, belə canfəşanlıq edir?

Cavabı:

Görünür, belələrinin öz həyatı haqsızlıqlarla doludur və özünü inandırır ki, nə qələt eləyirsən elə, əsas odur ki, namaz qılasan. Özü inansın, - canı cəhənnəmə, amma camaatı da inandırır.

Bəziləri də "cənnətin biletini" Həccə getməklə aldıqlarını düşünürlər...

P.S.

Belə çıxmasın ki, mən də namaz qılmayanlara haqq qazandırmağa çalışıram: əsla, - mən özüm hələ Sovet dövründən oruc tutub, namaz qılan tək-tək adamlardanam. Amma orucu da, namazı da məqsəd kimi deyil, vasitə kimi anlayıram: yəni insan gündə beş dəfə qəlbini təmizləyir ki, kindən-küdurətdən uzaq olsun, haqq-ədalət yolundan yayınmasın, yalan danışmaqdan çəkinsin, ehtiyacı olanlara əl tutsun və s. Daha tərsinə deyil.

Professor Sələhaəddin Xəlil

visiontv.az