Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
25.06.2026

İranda yanvar ayında keçirilən kütləvi etiraz aksiyaları və 40 günlük müharibə ilə bağlı 111 bəluc həbs edilib.

Bu haqda Zahidan şəhərinin prokuroru Mehdi Şəmsabadi açıqlama verib.

O, məsələ ilə bağlı başqa şəxslər barəsində də iş açıldığını və yaxın vaxtlarda ölçü götürüləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl İran İran məhkəmə sistemi rəsmiləri müharibə ilə bağlı 143 nəfərin saxlanıldığını açıqlayıblar.

Həmin əxslərin "təhlükəsizlik fəaliyyətləri", "zorakı hərəkətlərin planlaşdırılması" və "silahlı qruplara üzvlük"də günahlandırıldıqları qeyd olunub.

visiontv.az