“ABŞ - İran sazişi insan haqlarını nəzərə almalıdır”
25.06.2026

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato və bir qrup müstəqil ekspert ABŞ və İran arasında müharibəyə son qoyulmasına yönəlmiş mümkün razılaşmanın insan haqları məsələlərini nəzərə almalı olduğunu bildiriblər.

Ekspertlər yaydıqları birgə bəyanatda anlaşmanı ehtiyatla alqışlasalar da, insan haqları sahəsindəki problemlərin diqqətdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

May Sato bildirib ki, İrandakı insan haqları vəziyyəti nəzərə alınmadan bağlanacaq hər hansı saziş davamlı sülh yarada bilməz.

Ekspertlər vurğulayıblar ki, yalnız geosiyasi maraqlara xidmət edən, lakin İran xalqının hüquq və tələblərini nəzərə almayan istənilən razılaşma həqiqi sülh sazişi hesab oluna bilməz.

visiontv.az