"Əsədi türklər devirdilər və bu, bizim xeyrimizə deyildi"
09.10.2026

"Əsədin devrilməsi məsələsini bizə aid etmələri məni güldürür. Biz Əsədi qat-qat üstün tutardıq..." Bu fikirləri İsrail dövlət xadimi, filosof, Benyamin Netanyahunun keçmiş müşaviri Dr. Ran Baratz deyib. O əlavə edib ki,

"Əsədi türklər devirdilər və bu, bizim xeyrimizə deyildi. Əsəd bizim üçün daha rahat idi. O, aqressiv deyildi. O, proksi qüvvələr üçün, Hizbullah üçün çox rahat bir kanal olsa da, nəticədə Hizbullah özü dövlət səviyyəli təhlükə ilə müqayisədə daha az təhlükəlidir. Hizbullah müəyyən mənada böhran içində idi. Amma türklər... Hizbullah istiqamətində də hərəkət edəcəklər, buna heç şübhən olmasın. İranın əvəzinə türklərin himayədar olmasından livandakılar məmnun olar".

visiontv.az