Ermənistan parlamentindən NATO və KTMT açıqlaması
26.06.2024

"Ermənistan NATO-ya qoşulmağı və KTMT-dən çıxmağı planlaşdırmır".

Bu barədə "İzvestiya" nəşrinə Ermənistan parlamentindən bildirilib.

Hakim Vətəndaş Müqaviləsi partiyasının parlament fraksiyasından verilən məlumata görə, İrəvanın son illərdə təşkilatla çətin münasibətlərinə və ölkənin baş naziri Nikol Paşinyanın bəyanatlarına baxmayaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması da gündəmdə deyil.

Həmçinin, "Ermənistan" müxalifət fraksiyasının deputatı Geqam Manukyan "İzvestiya"ya müsahibəsində qeyd edib ki, ölkə uzun illərdir NATO ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, lakin bu, respublikanın Rusiya ilə müttəfiq və isti münasibətlərə malik olmasına, KTMT-nin üzvü olmasına mane olmur.

Onun sözlərinə görə, ölkənin Rusiya və Ermənistandan başqa, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi hazırda parlamentdə müzakirə mövzusu deyil.

visiontv.az