Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bagdasaryan sosial şəbəkələrdə məlumat verib.
O bildirib ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qarşılığında da eyni şeyi gözləyir.