“Regionumuzda sülh bərqərar olacaqsa, bu, məhz bu sionist rejimə rəğmən baş tutacaq. Əgər regionumuzda sabitlik qurulacaqsa, bu, yenə də vəd edilmiş torpaqlar xulyası ilə hərəkət edən İsrail hökumətinə rəğmən reallaşacaq. Qanla yuyulmuş coğrafiyamıza sülh gələcəksə, bu, öz təhlükəsizliyini başqalarının təhlükəsizliyinin pozulmasında görən İsrailə rəğmən olacaq. Çünki nə vaxt sülh üçün zərrə qədər ümid yaransa, İsrail, əvvəllər dəfələrlə etdiyi kimi, onu sabotaj etmək üçün hər yola əl atacaq.”
“Bəşəriyyət cəbhəsi regiondakı yanğını söndürməyə çalışarkən, qətliam şəbəkəsi alova daha çox odun daşıyacaq. Əlbəttə, bunu edərkən onlar sülh səsini ucaldan ölkələri, xüsusən də Türkiyə və İspaniyanı həyasızcasına hədəf almağa davam edəcəklər. Satqın qələmləri, mediaları və alət kimi istifadə etdikləri nökərləri ilə vicdanlı insanların səsini kəsməyə çalışacaqlar. Lakin nə edirlərsə etsinlər, nə cəsur ürəkləri susdura biləcəklər, nə də haqqı və ədaləti müdafiə edən qəlblərə zəncir vura biləcəklər.”
“Qəzzə qəssabı Netanyahunun təhdidləri qarşısında qətiyyətli mövqe nümayiş etdirdiyi üçün əziz dostum, İspaniyanın Baş naziri Sançesi səmimi qəlbdən təbrik edirəm.”
“Biz zalıma zalım, quldura quldur, qatilə isə qatil deməyə davam edəcəyik.”
“Sosial mediada mənə və ölkəmizə həqarət edən körpə qatillərinə bəzi həqiqətləri yenidən xatırladıram: Türkiyə Respublikası sıradan bir dövlət deyil. Heç bir güc Türkiyəyə və ya Türkiyə Prezidentinə barmaq silkələyə bilməz.”
“Hər yeni hadisə ilə müşahidə edirik ki, türklərin, kürdlərin və ərəblərin düşmənləri eynidir.”
“Əllərinə və üzlərinə bulaşmış 73.000 qəzzalının qanına baxmadan, həyasızcasına ortaya çıxıb kürd qardaşlarımız vasitəsilə ölkəmizə şər atırlar.”
Elçin Alıoğlu
visiontv.az