İtaliyanın nüfuzlu “L'Espresso” jurnalının yeni sayının üz qabığında silahlı bir İsrail əsgərinin İordan Çayının Qərb Sahilində çətin vəziyyətdə olan fələstinli qadını lentə aldığı foto yayımlanıb.
Jurnal sözügedən görüntünü “L'abuso” (“Sui-istifadə”) başlığı ilə təqdim edib.
Yayımlanan üz qabığı sosial mediada və ictimai müzakirələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi bunu Qərb Sahilində fələstinlilərin üzləşdiyi vəziyyətə dair sərt mesaj kimi dəyərləndirib.
Qeyd edək ki, İordan Çayının Qərb Sahilində İsrail-Fələstin qarşıdurması fonunda insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq tənqidlər son aylarda daha da artıb.
visiontv.az
