ABŞ İran müharibəsinə milyardlarla dollar xərcləyib
17.04.2026

ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatların ümumi xərci 51 milyard dolları keçib.

Bununla bağlı, “İran Müharibəsi Xərcləri İzləyicisi” adlı monitorinq platforması məlumat yayıb.

Hesabatda bildirilir ki, bu məbləğə hərbi texnikanın daşınması, əməliyyatların logistika təminatı, silah-sursat xərcləri, hava hücumları, dəniz qüvvələrinin fəaliyyəti və bölgədə yerləşdirilən qüvvələrin saxlanılması daxil edilib.

Yekun rəqəm əməliyyatların davam etməsi fonunda daha da yüksələ bilər.

visiontv.az