Donetsk vilayəti-Kursk vilayəti plasdarmları: Ukrayna və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahları arasında şahmat oyunu
31.08.2024

Rusiya Pokrovsk istəqamətində irəliləyir, Ukrayna isə Kursk vilayətində nəzarətdə olan əraziləri sürətlə genişləndirir. Sürət müqayisəsində 2 qat fərq Ukraynanın lehinədir. Yəni USQ, Kursk vilayətində nəzarətində olan əraziləri 2 dəfə daha sürətlə genişləndirir, nəinki Rusiya Pokrovsk istiqamətində.

Rusiyanın Pokrovska hücum üçün cəmləşdirdiyi canlı qüvvə, Ukraynanın o istiqamətdə cəmləşdirdiyi canlı qüvvə sayından nə az, nə çox 4 dəfə çoxdur. Onu da qeyd edək ki, Rusiyanın Pokrovska hücuma cəlb olunan qüvvələrin böyük əksəriyyəti piyadalardır, texnika çox azdır(müqayisədə) və ümumiyyətlə rusiyalıların texnikada ciddi qıtlığı yaranıb.

USQ-nin elit qüvvələri Kursk vilayətində, Rusiyanın isə elit qüvvələri Donetsk plasdarmında cəmləşdirilib.

USQ Rusiyanı, Donetsk plasdarmından qoşunlarını çıxarıb, Kursk bölgəsinə köçürməsini istəyir, lakin Rusiya bunu etmir.

Rusiya isə Ukraynanın elit qüvvələrini Kursk vilayətindən çıxarıb, Donetsk plasdarmına köçürməsini istəyir, amma Ukrayna bunu etmir.

Rusiya Pokrovska tələsir, dərinliyə girərək, flanqlara(cinahlara) nəzarət etmir. Bu isə rusiyalılar üçün çox təhlükəli manevrdir.

Və ən əsas məsələlərdən biri, bəlkə də birincisi odur ki, arxa cəbhədə USQ-nin yeni formalaşmış, müasir Qərb texnikaları ilə təchiz olunmuş briqalar var. Rusiya SQ BQ-ı, Ukrayna SQ BQ-ndan o briqaların hansı istiqamətə yönləndirəcəyini gözləyir. Pokrovskun müdafiəsinə? Kursk vilayətinə? Yoxsa....?

Məncə Ukrayna SQ BQ sürpriz hazırlayır...

Politoloq Kamran Cəfərov

visiontv.az