Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
01.05.2026

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlıq məqsədilə növbəti səfəri başlayıb.

Bu gün  Azərbaycan Prezidentinin köməkçisi – Prezident  Administrasiyasının  Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə  Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi  Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər  Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

visiontv.az