İran polisi “casus mərkəzi” aşkarladığını iddia edib
01.05.2026

Tehran polisi paytaxtın bir bölgəsində yerləşən mənzildə Starlink peyk rabitə cihazının aşkarlandığını bildirib və həmin ünvanı “casus mərkəzi” kimi qələmə verib.

İran hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, aşkarlanan avadanlıq xəbər və kəşfiyyat xidmətlərinə, eləcə də xaricdəki müxalifət şəbəkələrinə məlumat ötürmək məqsədilə istifadə olunub.

Polisin mətbuat xidməti hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb və vətəndaşları şübhəli fəaliyyətlə bağlı məlumat verməyə çağırıb.

visiontv.az