Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Canik 55 tapançasına məxsus patronlar aşkar olunaraq götürülüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 246 kiloqram 496 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.