Pakistan və Əfqanıstan arasında danışıqlar sabit şəkildə davam edir.
Bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ninq brifinq zamanı deyib.
“Həm Pakistan, həm də Əfqanıstan Çinin vasitəçiliyini mühüm hesab edir və müsbət qarşılayır. Onlar danışıqlar üçün müzakirələr aparmağa meyl göstərirlər və bu müsbət irəliləyişdir”,- Mao Ninq bildirib.
Qeyd edək ki, Pakistan və İslamabad arasında danışıqlar Çinin Urumçi şəhərində aparılır.
visiontv.az