"Çin hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlar zamanı Rusiya ordusuna kömək etməsi barədə yayılan məlumatların heç bir faktiki əsası yoxdur və sadəcə böhtandan ibarətdir".
Visiontv.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Lin Szyan brifinq zamanı deyib.
XİN rəsmisi Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasın müvafiq bəyanatı ilə bağlı sualı cavablandırarkən sərt mövqe nümayiş etdirib:
"Səsləndirilən bu kimi bəyanatların heç bir real əsası yoxdur, bu, tamamilə qarayaxma və böhtandır".
visiontv.az