Uzun illər Katın və Xatın faciələrini səhv salırdım. Sən demə bunu qəsdən edblərmiş. Sovet höküməti 1940-cı ildə Dnepr sahilindəki Katın kəndində 22 min Polşa zabitini güllələyib məhv edir.
Təsəvvür edin alman faşistləri Ukraynanı tutanda kütləvi məzarlığı tapır və ictiamiləşdirirlər. Sovet höküməti deyir biz eləməmişik.
Müharibə qurtarandan sonra isə tez-tələsik Belarusun Xatın kəndindəki faciənin təbliğinə başlayırlar, baxmayaraq ki, Belarusun başqa kəndlərində faşistlər daha çox adam qırmışdı. Bəs niyə məhz Xatın? Çünki sovet ideoloqları Katını dünyanın yaddaşından silmək istəyirdilər. Yalnız 1989-cu ildə Qorbaçov cinayəti etiraf edib Poşladan üzr istədi.
Qəribə bilirsiniz nədi? Nürnberq məhkəməsindəki müttəhimlər deyirdilər ki, biz heç kimi öldürməmişik, biz Almaniyanın sənayesi üçün çalışmışıq. Deməli, həbs düşərgələrnin adını qoyublarmış istehsalat müəssisəsi, insanları kütləvi şəkildə qırılmasına da istehsalat deyirmişlər. Hətta bəziləri buna səimimi şəkildə inanırmış da...
Xocalı cəlladları da eyni sözü deyirdilər. Azərbaycanlılar özləri özlərini qırıb...
Hazırda Haaqa zindanına ömürlük həbsə atılan Serebrenitsa qatili Karaçiç hələ də özünü günahkar saymır...
XXI əsrin ilk soyqırımı baş verib – Allahın və sivil dünyanın gözü qabağında balaca şəhər Buça növbəti vəhşiliyin şahidi olub. Deyirlər, bizim xəbərimiz yoxdu, özləri edib...
Tarix təkrarlandıqca cəlladların söz oyunu davam edir... Allahın və sivil dünyanın gözü qabağında...
Natiq Məmmədli