Bu gün yerli vaxtla səhər saat 08:29-də İranın Buşəhr əyalətinin Dəştestan şəhərinin Bozarzcan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkan 6 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Borazcandan 13 km, Vəhdətiyyədən 17, Sədabaddan 20 km məsafədə olub.
İtki və dağıntı barədə məlumat yayılmayıb.
Qızıl Aypara Cəmiyyəti bölgəyə xilasetmə və xəsarətləri dəyərləndirmə dəstələrinin göndərildiyini bildirib.
visiontv.az