Təbrizdə İran məhkəməsinin məhbus milli fəallar barəsində çıxardığı uzun illik həbs cəzalarına etiraz vərəqələri paylanıb, ictimai yerlərə yapışdırılıb.
Bu barədə sosial media şəbəkəsində paylaşım edilib.
Vərəqə və traktlarda milli fəalların fotoları əks olunub, onların azadlığa buraxılmaları istənilib.
Bununla yanaşı Güney Azərbaycan bölgələrində ekoloji problemləri əks etdirən fotolar yayılıb.
Fotoların üzərində "İrandan Güney Azərbaycan ətraf mühitinə qarşı cinayətlərin dayandırılmasını tələb edirik" yazılıb.
Traktlarda həmçinin son vaxtlar Güney Azərbaycanda yayqın olan "Azadlıq, Ədalət Milli hökumət" şüarları qeyd olunub.
visiontv.az