Bu ilin sonuna dövlət sosial sığorta haqları üzrə gəlirlər proqnozdan 164 mln. manat çox olacaq
21.11.2024

Cari ildə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin ilkin proqnoz göstəricisi ilə müqayisədə ilin sonuna icranın 164,1 mln. manat çox olması gözlənilir. Növbəti ildə bu mənbədən proqnozlaşdırılan gəlirlər 2023-cü ilin icra, 2024-cü ilin gözlənilən icra göstəricilərinə münasibətdə müvafiq olaraq 15,5% və 6,3% çoxdur.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Qeyd edək ki, ümumilikdə bu ilin sonuna məcburi dövlət sosial sığorta haqları üzrə büdcədən maliyyələşən təşkilatlardan 1 milyard 901 milyon manat, qeyri-büdcə təşkilatlarından isə 3 milyard 741.2 milyon manat vəsait daxil olması proqnozlaşdırılır.

Xatırladaq ki, bu mənbədən daxilolmaların cari il üzrə proqnozu 5 milyard 478.1 milyon manat idi.