“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
05.10.2026

NATO blokun şərq cinahına Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, strategiyanın hazırlanması ilə NATO-nun  Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı  Aleksus Qrinkeviç məşğul olur.

Amerikalı generalın xüsusilə "dronlar və süni intellekt kimi yeni müdafiə texnologiyalarının" inteqrasiyasına diqqət yetirdiyi qeyd olunub.

Bildirilib ki, "Qələbə Nəzəriyyəsi" adlı sənəd oktyabrın 12-də Polşada təqdim olunacaq.

"Sənəd alyansın NATO ərazisinə mümkün hücuma necə cavab verəcəyini izah edəcək. Strategiya NATO-nun müdafiə xarakterini və təsadüfi təxribatlardan qaçınmaq ehtiyacını vurğulayır", - deyə nəşr yazıb.

visiontv.az