“Görüşümüz zamanı rəsmi Vaşinqtonun Yun Sok Yolun hərbi vəziyyət elan etməsi və bundan sonra ölkədə baş verənlərlə bağlı narahatlığını açıq şəkildə ifadə etmişəm”.
Visiontvaz APA-ya istinadən xəbər verir ki, bunu Seulda səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken xarici işlər naziri Ço Txe Yul ilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istənilən dəyişiklik ilk növbədə Konstitusiyaya əsaslanmalıdır:
“Bu və ya digər ölkədə baş verən yenilik mütləq şəkikdə dövlətin əsas qanununa uyğun şəkildə, sülh şəraitində və ardıcıl olaraq həyata keçirilməlidir. Bu proses zamanı ilk növbədə qanunun aliliyi təmin olunmalıdır”.
Qeyd edək ki, Cənubi Koreya Parlamenti dekabrın 14-də prezident Yun Sok Yolu impiçment nəticəsində vəzifədən uzaqlaşdırıb.