Bədən iki arzunun təmsilçidir
19.03.2025

Hər iki arzu bədənin ehtiyaclarının ən sonuncusudur.

Almaq və vermək arzusudur bunlar.

Dilimizdə "AvVer" kəlməsi bu yaşama ehtiyacının həyatın bütün tərəflərindən çıxarlıb, ticarətə dönməsi isə başqa bir hekayədir. Həyatın içində "AlVer" arzusunu tanımaq və bu iki arzunu bir anlayış altında toplamaq xüsusi bir istedaddır. Dil bu arzuları bu qədər kamil bir rəsmdə təsvir edirsə, bu o deməkdir ki, "AlVer"ın nə olduğunu tanıyan və bilən bir kimliyə sahibik.

"Alma arzusu" ilə "vermə arzusu"na keçid etmədən əvvəl Arzu nədir sualına cavab verim.

"Arzu" qədim pəhləvicə bir tanımadır, dilimizə onlarda keçib. Bədənin istədiklərini içində toplayar.

Həyatın içində ən ciddi bir yaşama ünsürü olaraq həyatın özü ilə belə bir yerdədir. Həyat arzudur, yaşamaq arzudur, sənət arzudur, fəlsəfə arzudur rəsmlərini çox rahatlığla dilə gətirə bilərik.

Bütün qədim mədəniyyətlərin ən təməl kitablarının əsas mövzusu da "arzu"dur. "Başlanğıcda Kama var idi, kama ilk toxum idi, zehn ondan yarandı" kimi hind qaynağlarındakı başlanğıc belə arzunu yaranışın tam mərkəzinə qoyur.

Yəhudiliyin "Kabbala"sı da arzuların idarə olunması kitabıdır.

Bütün bunları dilə gətirməkdə məqsədim yeni dünya düzənində yeni dünyanın arzusu nədir, sualıdır.

Teatrın zirvəsi olan faciə arzuların idarə olunmamasından yaranan bir təzahür sayıldı və yunan fəlsəfəsi belə "eros" dediyi bu anlayışı sənət müstəvisində həll edə bilmədi.

"Arzu" təbiətin ən təməl qanunauyğunluğudur, nəticəsini tanıtdıq. "Arzu"nun həll edə bilmədiyi tək məsələ "yuxu"dur.

Bədənin tükəndiyi nöqtədən alacağı tək enerji qaynağı "yuxu alma"sıdır. "Arzu" ilə "yuxu"nun görüşməsi isə idarə edə bilməcəyimiz və nəzarətə ala bilməyəcəyimiz bir haldır.

Təbiətlə ahəngdə "alıb və verəcək"lərimizi bildiyimiz halda, yuxuda nə görəcəyik, necə görəcəyik məsələsini bədən müəyyən edə bilmir. Yuxunun yeri haradır, hardan çıxır və nə üçün gəlir sualı isə Freydə qədər, ondan sonra bədən araşdıranların aşa bilmədikləri hesabdır.

İndi Al və Ver əmri ilə çalışan bədənin arzular dünyası digital məkanın içində yeni dünya üçün təməllər atır,

Artıq gecə anlayşı yoxdur, "yuxu" həyatın içində gündüzün parçasıdır. Öyrəndiyimiz gündüzlər oyanmaq üçündür düstürü dəyişir, gecələri yatmayan şəhərlər arzular şəhəri olaraq "AlVer"lərin mərkəzinə dönür.

Qarşımızdakı yeni bədən modeli həm Al, həm Verlə düstürlaşarkən bizim dərdimiz nədir sualına cavabları özümüz seçməliyik.

Biz nə Al, nə də Verlə bu dünyadayıq,

Biz "Ol" əmri ilə olacaqların şahidləriyik.

Yeni dünya yuxular və arzularla savaşını bitirdikdən sonra nizama düşəcək.

Sabahımız xeyir olsun.

İdris Heydərli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8