Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilməsi nəzərdə tutulan bayram şənliyi mərasiminə icazə verilməyib.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, mərasimdə tonqal qalanması, "Cilman”, "Saray", "Sarı tel" və "İlqar" incəsənət və musiqi qruplarının ifası, "Sayaçı" və "Təkəmçi"lərin çıxışları nəzərdə tutulubmuş.
Azərbaycanlıların bayram mərasiminə icazə verilmədiyi halda, bölgədə yaşayan kürdlərin bu gün, martın 18-də geniş bayram proqramı barədəki müraciətlərinə müsbət cavab verilib.
visiontv.az