Azərbaycanlı şairə İran İnqilab Prokurorluğuna çağırılıb
19.03.2025

Bin Ev (Bonab) şəhərində yaşayan azərbaycanlı şair və yazıçı Nuriyyə Loh ittihamları izah etmək üçün şəhərin İctimai və İnqilab Prokurorluğuna çağırılıb və onun şəxsi İnstaqram səhifəsi bloklanıb.

Bu barədə tanınmış Azərbaycan yazıçısı Ruqəyya Kəbiri özünün sosial media hesabında məlumat verib.

“Sosial məsələlərə tənqidi yanaşmaq bütün şair və yazıçıların borcudur və mən Azərbaycan ədəbi ictimaiyyətinin bir üzvü kimi Nuriyyə Loh xanıma qarşı irəli sürülən ittihamların geri götürülməsini tələb edirəm.” - deyə Ruqəyya Kəbiri qeyd edib.

Qeyd edək ki, son günlər  İranda Azərbaycan yazıçılarına, tənqidçilərinə, ictimai-siyasi fəallara qarşı təzyiqlər güclənib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8