ABŞ Prezidenti Co Bayden Kaliforniya ştatındakı meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edərək əraziyə pul və əlavə resursların yönəldilməsinə yol açıb. Prezident xəbərdarlıq edib ki, ərazinin dirçəlişi vaxt aparacaq.
Los Anceles Qraflığının Yanğınsöndürmə Departamenti azı iki adamın ölümünə bais olmuş dörd təhlükəli yanğınıla üzləşir. Bu yanğınlar nəticəsində 1000-dən çox ev yanmış, on minlərlə adam evakuasiya olunmuşdur.
“Departamentimiz bir, yaxud iki meşə yanğını ilə çapışmağa hazırdır, lakin dördünə yox – ələlxüsus belə bir küləkli və quraqlıq hava şəraitində,” Los Anceles Qraflığının Yanğınsöndürmə Departamentinin rəisi Antoni Marrone bildirib.
Onun sözlərinə görə, 2,000 hektar sahə tamamilə yanıb və yanğın yayılmaqda davam edir.
Rəsmilər yerli sakinləri təxliyə edilmək barədə göstərişlərə riayət etməyə və lazım olduqda evlərini tərk etməyə çağırıb.
2,000 Milli Qvardiya əsgəri hazırda lokal yanğınsöndürnlərə kömək etmək üçün əraziyə cəlb olunub.
visiontv.az