Güney Azərbaycanda mədən işçiləri etiraza qalxdılar
10.01.2025

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin "Məzrəə Şadi” qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər.

Məlumata görə, narazı işçilər 8 il çətin iş şəraitinə dözdükdən və minimum əmək haqqı aldıqdan sonra səslərinin eşidilməsi ümidi ilə etiraz ediblər.

Qızıl mədəni işçiləri qanuni hüquqlarının təmin olunmadığını və siğorta məsələlərinin həll edilmədiyini bildiriblər. İşçilər son vaxtlar heç bir təzminat ödənilmədən iş yerlərindən qovulduqlarını, əlaqədar dövlət qurumlarnın bununla bağlı tədbir görmədiyindən narazılıqlarını dilə gətiriblər.

visiontv.az