Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
03.04.2025

2025-ci il mart ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,07% təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 0.32 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2 faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 592.4 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 777 milyon manatı biznes kreditləri, 8 milyard 544 milyon manatı istehlak kreditləri, 4 milyard 271.4 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8