Ayı ovu davam edir. Ayılar da fərqlidir. Qütb ayısı isə ayıların ən vəhşisidir,. Aclığı olmadan belə Acdır, insanlar arasında buna "gözüac" deyərlər.
Qütb ayısının "gözüac"dır.
Ayı ruscada "медведь" dir, "Bal yeyen" deməkdir.
latıncada isə "ursus"dur.
Slavyanlar qorxduğları şeyin adını çəkməyə qorxardılar, Ad unudulmaq istəndiyi üçün özlərinin arasında seçdikləri bir əlaməti təkrarlardılar ki, burdan da ruslar "medved", ukrainlər "vedmed" olaraq bu günə gətirdikləri heyvanın adını "balyeyen" etdilər.
O heyvanın adı o ərazidə məksunlaşanlar tərəfindən unudulmaq istənildi və unuduldu.
O heyvanın adını digər kimliklərdə tanımaqla o heyvanla içiçə yaşayan kimliyi tanımaq olar.
"Ursus" qonşunun verdiyi addır, latıncada.
Bu adın içindən aldığımız "orus" tanıması isə bizə aiddir.
"ORus" bizim ayı dediyimiz heyvanın yaşadığı məkana məxsus kimlikdir.
Hər kimliyin içində yaşadığı coğrafiya ilə münasibətdə bir heyvanla daimi münasibəti onun kimliyinin əsasını təşkil edər.
"Ayı" -"Ursus" rus kimliyinin həyat öyrənmə mirasıdır,
Həyatının içində yaşadığları və yaşatdığları
onun yaşama tərzidir.
Ayı ilə bağlı çoxlu hekayələrimiz vardır,
Rusun həyatımıza girdiyi andan biz rusu ayı kimi tanıdıq və ayı ilə davrandığımız kimi davrandıq.
Dilində "Balyeyen" dediyi, adını qorxusundan dilinə gətirə bilmədiyi bir Qorxuncu bizə bal kimi tanıtdılar,
Arxasında olanı unutdurdular.
Əsli unutdurular, zat isə dəyişməz,
Nədirsə odur.
Ayı ovçuları bilirlər,
Ürəyinə dəymədikcə ayı ölməz, yaralı ayı çevrəsində olan hər şeyi dağıdar.
Aid olduğu yeri - mağarasını ayıya göstərmədikcə ayı meşənin qorxunc bağırtısıdır.
Yaralı ayının bağırtısı ürəyinə dəyəcək son həmlə ilə bitəcək,
"Medved"li illərin buraxdığı çırmaqlanmış yaraları isə yaşamaq qədərimizdir.
Və
Salam olsun.
İdris Heydərli
visiontv.az