Avstraliya silahlı qüvvələrin rəhbərliyində kadr dəyişiklikləri çərçivəsində ölkənin ordu tarixində ilk dəfə qadın hərbçi komandan təyin edilib.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, iyulda quru qoşunlarının baş komandanı postunu hazırda birləşmiş qüvvələrin idarəetmə rəisi olan general-leytenant Syuzan Koyl tutacaq. O, həmin postda general-leytenant Saymon Styuartı əvəz edəcək.
Koylun təyinatı Avstraliya silahlı qüvvələrinin sıralarında qadın zabitlərin sayını artırmaq fonunda baş verib.
Ordu sistematik cinsi təcavüz və ayrı-seçkilik ittihamları dalğası ilə üzləşib.
visiontv.az