Sosial media üzərindən yazdığım qeydlər.
İranı və əksər Yaxın Şərq ölkələrini Britaniya yaradıb. Londonun icazəsi və iştirakı olmadan heç bir ölkənin quruluşu və xəritəsi dəyişməyəcək. ABŞ, Çin, Rusiya, fərq etmir kim olur olsun ingilis barmağı olmadan heç bir iş həll olan deyil. ABŞ-İran müharibəsi də bu qəbildən olan hadisədir. İngilis olmadan bu problem həll olunmayacaq.
***
ABŞ-İran danışıqları dediyimiz kimi nəticə vermədi. Rejim restat olmayana qədər də nəticə olmayacaq. Amma bəzi məqamlara aydınlıq gəldi. Birincisi ABŞ-nin əlaqə yaratdığı Qalibaf qrupu deşifrə olundu. İkincisi Vaşinqtonun fars mərkəzli, şovinist qüvvələrlə danışıqlar apardığı bəlli oldu.
Görünən o ki, ABŞ hələlik İranı fars mərkəzli və bütöv görmək istəyir. Parçalanma, etniklərə özünü idarəetmə hüququ verilməsi barədə deyilənlər hələ gündəmdə deyil.
***
Müharibə başlayandan Reuters İranın xeyrinə feyk məlumatlar yaymaqla məşğuldur. Arada CNN-də ona qoşulur.
***
ABŞ-İran danışıqları nəticə verməyəcək. Tərəflər maksimalist tələblər irəli sürür. İran əlinə düşən fürsəti itirsə sonu olmayacaq. ABŞ və İsrail Suriyadakı 50 minlik İŞİD-i bu ölkəyə yeritsə, ərəb ölkələri müharibəyə qoşulsa faciə olacaq. Məzhəb müharibəsi ən mundar müharibədir. Görünən o ki, ABŞ, İsrail və İran rejimi elə bunu istəyir.
***
Uğur o vaxt olur ki, insan nə etdiyini və necə etdiyini bilir.
***
SEPAH və Qumun mühafizəkar dini elitası islahatçıların təkidli atəşkəs təklifinə müvəqqəti də olsa razlıq verdi. Amma bu müharibə bitdi anlamına gəlmir. SEPAH ABŞ-nin yox Həsən Ruhani, Zərifi və Pezeşkianın təklifini qəbul edib. ABŞ ilə razlaşacağı hələ sual altındadır.
***
Tramp “Truth Social”da yazıb ki, bu gecə bütün bir sivilizasiya məhv olacaq.
Gah deyir İranı daş dövrünə qaytaracam. Gah deyir göydən cəhənnəm alovu tökəcəm. Bu neynəmək istəyir görəsən.
Bu ipləmə birdən taktiki nüvə bombası atar.
***
Bir az da mollabaşların təriflədiyi və təbliğ etdiyi Sepah barədə deyim sizə. Bu qüvvələr harda kimə qarşı uğurlu əməliyyat aparıb? Görən eşidən olub? Bunların işi Suriyada, İraqda, Livanda mülki əhalini qırmaq, terrorçu qruplar yaratmaq olub. Hə bunların işi bir də İran daxilində mülki əhaliyə qarşı repressiya etməkdir. Əslində heç bunu da özləri edə bilmir. Son etirazlarda İraqdan terrorçu qruplar gətirib milləti qırdırdılar. İndi də ABŞ quru əməliyyatı keçirəcəyik deyən kimi İraqdan, Əfqanıstandan, Pakistandan, Yəməndən proksi gücləri gətirib doldurublar Tehrana, İsfahana, Əhvaza, Hörmüz boğazı istiqamətinə, Güney Azərbaycana ki, döyüş olsa onları qabağa versinlər. İki gün əlləşdilər bir yarılı pilotu tuta bilmədilər. Amerika əsgəri gəldi qulağının dibindən pilotu çıxartdı, üstəlik də 10 Sepah-çı öldürüb getdi. Bunların gücü süni intellekt vasitəsi ilə video çəkib göstərməkdir. Bir də xaincəsinə sui-qəsd, terror etməkdir. Yəni boş-boş təbliğatı ciddiyə almayın.
P.S. Azərbaycana qarşı da təlim keçib xox gəlirdilər. "Yaşma" Zəngəzur istiqamətində bircə gün təlim keçdi, körpülərinidə yığışdırıb aradan çıxdılar. İçi boş şardır. Əl dəyən kimi partlayacaq.
***
Tehran rejimi 47 ildir camaatın boğazından kəsib bir trilyon dollara yaxın pulu nüvə silahına, raket istehsalına və terrorçu proksi qüvvələrə xərclədi. Və bir ay ərzində 47 ilə xərclədiyi bütün pullar göyə sovruldu. Mən hələ infrastruktura dəyən milyardlarla dollar ziyanı demirəm. İki gündür rejim bir-iki təyyarə vurub deyə mollabaşlar bar-bağırır ki, bəs İran Amerikaya qalib gəlib. Həyasız məxluq görmüşdüm belələrini yox.
***
Rus şovinistləri Qarabağdansa Dərbəndin müzakirəsini aparsınlar. Hazırda Dərbənd mövzusu daha aktual görsənir.
***
Azərbaycanı demirəm, burdakıların mövqeyi 5 qəpiklikdir. Amma Türkiyədə bu gün bəh-bəhlə İrana dəstək verən, Tehran deyib ağı gedən siyasilər, media nümayəndələri, şərhçilər var ha uzağı 1 aydan sonra Tehranı düşmən elan etməsələr mənə nə deyirsiniz deyin. Bəşər Əsəd söhbətində də Türkiyənin "ağıllı" şərhçiləri bugün mollalara bəslədikləri münasibəti bəsləyirdilər. Elə ki Əsədə qarşı əməliyyat başladı hamısı oldu vətənpərvər-millətçi. Görəcəksiniz eyni şey İran rejiminə qarşı da olacaq. Bu gün fars şovinistlərnə dəstək verənlər bir müddət sonra "millətçi" olub Guney Azərbaycanı dəstəkləyəcək. Hələ bizi də səhv çıxardacaqlar.
***
ABŞ xüsusi təyinatlıları İrana girdi, əməliyyat keçirdi, pilotunu xilas etdi, 10 yaxın Beşic və Sepah əsgərini öldürüb çıxdı. Bəs tərif dediyiniz sepa*hçılar niyə mıqq edə bilmədi. P.S. Ona görə mıqq edə bilmədi ki, yerli əhali rejimə kömək etmir, əsgəri isə döyüşmək istəmir. Suriyadakı kimi ciddi əməliyyat olsa ordu kənara çəkiləcək. Sepah-ı isə Bəşər Əsədin qvardiyası kimi məhv edəcəklər.
***
Şükür edirəm ki, Zori Balayan 2020-ci ildə Azərbaycan ordusunun qələbəsini və Qarabağ arzularının necə məhv olduğunun görüb gəbərdi.
***
Azərbaycan müharibə edəndə İran bizim düşmənlərə yardım edirdi. İndi İran müharibə edir, amma biz onun düşməninə yox özünə yardım edirik. Fərqimiz budur.
***
Milli ruhani liderlərlər yetişməyənə və təşəbbüsü ələ almayana qədər insanlarımızı fars-şüubiyyə əlamanlarının təsiri altında istənilən xəyanətə sürükləyəcəklər.
Şöhrət El-Dəniz
visiontv.az