Hakan Fidan: ABŞ-la İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs ola bilər
13.04.2026

Amerika Birləşmiş Ştatları və İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs baş tuta bilər.

 Bunu Türkiyənin xarici işlər naziri  Hakan Fidan  Anadolu  Agentliyinə müsahibəsi zamanı bildirib.

“Tərəflər, əslində, ilkin mövqelərini ortaya qoydular. Bu, normaldır. İlkin mövqelər həmişə bir qədər maksimalist olur. Daha sonra tərəflər bu vasitəçilik dəstəyi ilə bir nöqtədə ortaq məxrəcə gəlməyə çalışırlar. Əsas odur ki, atəşkəsə nail olmaq istiqamətində davamlı səmimi niyyət olsun. Mənim gördüyüm odur ki, hazırda hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir”, - Hakan Fidan qeyd edib.

visiontv.az