Ali Məhkəmə Məhəmmədrza Fəqihinin əməlinin cinayət olmadığını elan edib
04.06.2026

Vəkil Leyla Şəfai bildirib ki, İran Ali Məhkəməsinin 44-cü şöbəsi onun müvəkkili Məhəmmədrza Fəqihinin işi ilə bağlı Cinayət Prosessual Məcəlləsinin 474-cü maddəsinin 4-cü bəndinə — törədilmiş əməlin cinayət sayılmaması əsasına istinad edərək işə yenidən baxılmasına icazə verib.

İnsan hüquqları müdafiəçisi və Mərkəz Vəkillər Kollegiyasının üzvü olan Məhəmmədrza Fəqihi 12 oktyabr 2022-ci ildə vəkillərin həmin ilin etiraz aksiyalarına dəstək məqsədilə Vəkillər Kollegiyasının qarşısında keçirdiyi dinc toplantıda iştirak etdiyinə görə saxlanılmışdı.

Oxşar işlər üzrə çox sayda şəxsin əfv olunmasına baxmayaraq, o, öhdəlik sənədini imzalamaqdan və peşmanlığını ifadə etməkdən imtina etmişdi. Nəticədə, İnqilab Məhkəməsinin 15-ci şöbəsi, hakim Əbülqasım Səlavatinin sədrliyi ilə onu “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı ilə 5 il həbs cəzasına, 2 il vəkillik fəaliyyətindən məhrumetməyə, 2 il ölkədən çıxış qadağasına və siyasi fəaliyyət qadağasına məhkum etmişdi.

Bu hökm daha sonra apellyasiya instansiyası tərəfindən də təsdiqlənmişdi.

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi həbs cəzasını çəkmək üçün 21 yanvar 2025-ci il tarixində Evin həbsxanasına köçürülüb.

visiontv.az