Göyçənin Ağkilsə kəndində yanan 15 erməni və Dədə Ələsgərin dağıdılmış məzarından çıxan alovlar
Göyçənin Ağkilsə kəndində yanan 15 erməni və Dədə Ələsgərin dağıdılmış məzarından çıxan alovlar
19.01.2023 Sahib Alıyev Tərəfindən

Ermənistan qaynaqları Basarkeçər rayonunun Ağkilsə kəndində yerləşdirdikləri hərbçilərinin 15 nəfərinin yatıb səhərə sağ çıxmadıqlarını bildirir. Buna səbəb kimi onların kazarmalarında nədən baş verdiyi hələ dəqiqləşdirilməyən yanğın göstərilir.

Dədə Ələsgərin kəndindəki bu yanğın çox şeydən ola bilər, neçə illərdir ki, od tutub yanan məzarından çıxan çınqılardan, onun qəbirüstü abidəsini dağıdanların hələ çoxu alovlanacaq. Müzəffər Ali Baş Komandanımızın ikinci Qarabağ savaşından öncəki vaxtlarda səsləndirdiyi gözəl bir sual vardı ki, əgər ölmək istəmirlərsə, hay hərbçiləri Azərbaycan torpağında nə gəzirlər?

Eyni sual burada da keçərlidir, fərqi yoxdur hansı səbəbdən, əgər yanmaq istəmirlərsə, 1988-ci ildə sonuncu etnik təmizləmə apardıqları günlərədək heç vaxt haylar yaşamamış bir kənddə onların hərbçiləri nə itiriblər? Həmən kəndin avtoxton əhalisi ora niyə buraxılmır? Avropa Birliyinin Ermənistana göndərməyə hazırlaşdığı yeni missiya ilk növbədə bunu araşdırmalı, aydınlaşdırmalıdır. Araşdırmalarından düzgün nəticə çıxarsalar, nə zəhmət çəkib vətənlərindən Qafqaza gəlmələrinə, dağda-dərədə dolaşmalarına ehtiyac olacaq, nə də yayılan videolardan da göründüyü kimi günlərini sərxoşluqla keçirən ön xəttəki hay hərbçiləri alışıb yanacaqlar.

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

millət vəkili Sahib Alıyev

visiontv.az