ABŞ hökuməti təxminən 100 iranlını ölkədən deportasiya edib. “The New York Times”ın məlumatına görə, Luizianadan havaya qalxan xüsusi təyyarə Qətər üzərindən İrana yola salınıb və bu, son illərdə iranlıların ən böyük kütləvi deportasiyası kimi qiymətləndirilir.
Qəzet yazır ki, Vaşinqton uzun müddətdir diplomatik əlaqələrin olmaması və sənədləşmə problemləri səbəbindən İrana deportasiyadan yayınırdı. Ancaq bu hal Amerika və İran arasında aparılan pərdəarxası danışıqlar nəticəsində mümkün olub. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin bu şəxslərin geri qaytarılmasını koordinasiya etdiyi açıqlanıb.
İran rəsmiləri bu addımı nadir əməkdaşlıq nümunəsi kimi qiymətləndirib. Jurnalistlər isə deportasiya edilən şəxslərin doğma ölkələrində üzləşə biləcəyi potensial risklərə baxmayaraq, əməliyyatın həyata keçirildiyini vurğulayırlar.
visiontv.az