Politico nəşri yazır ki, Çin dünya arenasında üstünlük uğrunda yarışda ABŞ üzərində qələbə qazanır.
“Çin ABŞ ilə rəqabətdə qalib gəlir. ABŞ prezidenti Trampın administrasiyası öz rəqibinə sərf edən və bu vəziyyəti dəyişmək qabiliyyətini zəiflədən o qədər çox addım atdı ki, tezliklə bu tendensiyanın geri dönməz olacağı bir mərhələyə çatacağıq”, — deyə ABŞ-ın NATO yanında keçmiş daimi nümayəndəsi İvo Daalder bildirib.
Daalder xüsusilə Tramp administrasiyasının ideoloji səbəblərlə aparıcı universitetlərdəki tədqiqatlara və qrantlara federal maliyyələşdirməni azaltması, habelə xarici tələbə və alimlərə qarşı immiqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı qalmaqalları vurğulayıb. Onun sözlərinə görə, bu siyasət nəticəsində hazırda ABŞ-da yaşayan alimlərin təxminən 75%-i ölkəni tərk edib xaricdə işləməyə can atır.
Keçmiş nümayəndə yekun olaraq bildirib ki, bu şəkildə Vaşinqton “özünə sadəcə ayağından deyil, artıq başından atəş açır” və əgər vəziyyət dəyişməzsə, ABŞ yaxın zamanda təkcə Çin tərəfindən deyil, dünyanın digər ölkələri tərəfindən də geridə qalacaq.
visiontv.az