“Tasnim News” xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələri Urmu gölü hövzəsində və ölkənin digər mərkəzi bölgələrində bulud səpmə əməliyyatlarının görüntülərini yayıb.
Quraqlığa qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlarda xüsusi avadanlıqlarla təchiz olunmuş təyyarələrdən istifadə olunub.
Məlumata görə, son 48 saat ərzində Urmu gölü bölgəsi, Yəzd əyaləti və Tehrandan Qəzvinə qədər olan ərazilərdə 8 ixtisaslaşmış soyuq bulud səpmə uçuşu uğurla yerinə yetirilib. SEPAH-ın texniki və uçuş qrupları əməliyyatların tam koordinasiya ilə aparıldığını və məqsədəuyğun nəticələr əldə edildiyini bildiriblər.
visiontv.az