Sahib Alıyev Millət vəkili
Çin MDB ölkələri içərisində ən yüksək səviyyəli strateji tərəfdaşlıq anlaşmasını məhz Azərbaycanla imzaladı

Millət vəkili Sahib Alıyevin Milli Məclisin plenar iclasında nəzərdə tutulan çıxışının mətni.

11.05.2025
Pezeşkian Azərbaycanda Təbriz və Ərdəbil doğmalığı niyə gördü? - Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri artıq sona çatıb. Özünün də vurğuladığı kimi əminəm ki, burada doğrudan da Təbriz və Ərdəbil doğmalığı gördü. Niyə gördü? Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da.

29.04.2025
Qərbi Azərbaycanda dağıdılan və mənimsənilən tarixi-mədəni irsimizlə bağlı yeni perespektivlər...

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası qanununa, daha dəqiqi bu qanunun 6-cı maddəsinə edilən dəyişiklik ilk baxışda texniki xarakter daşısa da, burada vahid standartın tətbiqinin nəzərdə tutulmasını və elektronlaşdırmanı nəzərə alaraq demək olar ki, bu, təkcə tarixi-mədəni irsimizin daha effektli qorunması deyil, Qərbi Azərbaycandakı dağıdılan və mənimsənilənlər qarışıq onlarla bağlı əsl reallıqların üzə çıxarılması üçün də yeni perspektivlər açır. Millət vəkili Sahib Alıyev Milli Məclisdə məhz bu məsələni gündəmə gətirdi.

26.04.2025
“Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir"

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə ikinci dövlət səfəri zamanı hər hansı anlaşma olmasa idi belə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanatdakı bir cümlə onun son dərəcə uğurlu keçdiyini deməyə əsas verir: “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”.

24.04.2025
Paşinyan hakimiyyətini qoruyub saxlamağın bircə yolu qaldığını getdikcə daha aydın hiss edir

Aprelin 15-də Nikol Paşinyanın ölkəsinin parlamentində səsləndirdiyi və onun üçün yəqin ki, təsirsiz ötüşməyəcək fikir heç də bizim konstitusiyalarına dəyişiklik tələbimizə dolayı, Minsk qrupunun buraxılmasıyla bağlı istəyimizə isə birbaşa haqq qazandırmağa çalışması yox, qərbdəkilərin "haypərəst"liyi haqda idi. Diqqət edin, o, nə deyir: “Ermənistan bəzi xarici siyasətçilərin guya haypərəst, əslində isə populist bəyanatlarının mənfi nəticələrini hiss edir. Seçkilərin yaxınlaşdığı bəzi ölkələrdə xalqımız naminə özlərini qurban verməyə hazır olduqlarını bəyan edəcək namizədlər olacaq. Mən artıq bəzi tərəfdaşlarımıza demişəm, bəzilərinə isə daha sərt deyəcəyəm, onlar seçici rəğbəti qazanmaq üçün ölkəmizin maraqlarına açıq-aşkar etinasız yanaşırlar”.

21.04.2025
Paşinyan üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir

Aprelin 15-də parlamentdəki çıxışı zamanı Ermənistan baş nazirinin psixologiyasının və elə əhvalının da o qədər də yerində olmadığını təsdiqləyən kadrları yayan Rusiya sayt və teleqram kanalları, həmən xəbərdəcə Paşinyanın Azərbaycanla birgə Minsk qrupunu buraxmaqla bağlı addım ata biləcəkləri haqda açıqlamasını da dərc ediblər. Rusiyanın bütün sayt və teleqram kanallarında Ermənistan baş nazirinin parlamentdəki çıxışı zamanı etdiyi qəribə hərəkətlərlə, həmən açıqlamasının bir yerdə dərci, məncə, Minsk qrupunun buraxılması ideyasının heç də xoşa gəlmədiyinə verilən dolayı reaksiyadır.

18.04.2025
Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür

Bu gündən Ermənistanda hərbi təlim məşqlərinə başlanıb və o, düz iyulun 15-dək davam edəcək. Maraqlıdır ki, elə məhz bu gün, uzunmüddətli məşqlərə start verilər-verilməz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə gedərək orada Avropa Birliyinin hərbi məsələlər üzrə komissarı Andryus Kubilyusla görüşdü. Görüşdə Avropa Birliyinin “sülh” fondunun xətti ilə Ermənistana verilən dəstəkdən, yəni silahlanmaq üçün pul ayrılmasından, hərbi və hərbi sənaye sahəsində birgə əməkdaşlıqdan bəhs edildiyi vurğulanır.

16.04.2025
TDT-nın unikallığı onun etnik mənşəyə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır

ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı öz baxışlarını açıqladı.

15.04.2025
Hansı zehniyyətdə olduqlarını bilmək üçün Pit Heqsetin kürəyində və qolundakı döyməsinə baxmaq yetər

ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCIRF) illik qlobal hesabatında Azərbaycanın xüsusi narahatlıq doğuran dövlətlər siyahısına salınmasının yanlışlıq üzündən baş verdiyini düşünmək, yaxud da buna təəccüblənmək olardı. Amma elə bu hesabatdaca Ermənistanın din azadlığını tamamilə təmin edən ölkə kimi təqdim olunmasını gördükdə təəccüb buxarlanır, 1992-ci ilin oktyabrında Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş yada düşür.

01.04.2025
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk nə haqla Azərbaycan məhkəmələrinin işinə müdaxilə etməyə çalışır

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı qəsddə, terrorçuluqda, soyqırımında, başqa hərbi cinayətlər törətməkdə ittiham olunan "miatsum"çu ünsürlərin azadlığa buraxılmaları çağırışının arxasında konfliktlər yoluyla dünyanın bu və digər regionunda öz maraqlarını təmin etməyə çalışanların iradəsi durur. Çünki belə ağır cinayət törətməkdə suçlu bilinənlərin haqlarında hökm çıxarılmadan azadlığa buraxılmaları hay nasistlərini Qərbi Azərbaycanda, Qarabağla Şərqi Zəngəzurda törətdiklərinə bənzər yeni cinayətlərə və revanşizmə həvəsləndirməkdən, dünyanın digər yerlərində də onlara bənzərlərin hərəkətə keçmələri üçün presedent yaratmaqdan başqa yaxşı heç nə vəd etmir.

05.03.2025
BMT Baş Assambleyasında İsrail və ABŞ-nin Rusiyaya qarşı səs verməməsi İranda həyacan doğurub

BMT Baş Assambleyasında İsrailin ABŞ ilə birgə Rusiyaya qarşı qətnamənin əleyhinə çıxması Ukraynadan daha cox İranda həyacan doğurmalıydı və Sergey Lavrovun Tehrana səfəri onu göstərir ki, elə doğurub da. Niyə?

28.02.2025