Korrupsiya bütün hallarda dövlətin əsaslarını sarsıdan pisliklərdəndir, qarşısı həm institutsional yolla, həm də sərtliklə alınmalıdır. Ona əgər başqalarının tapşırığıyla, təxribat məqsədilə yol verilirsə, onda həmən korrupsiyada əli olanları dövlət qətiyyən bağışlamamalı, cəmiyyət isə lənətləməlidir.
Fevralın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla görüşdə sözü gedən ölkənin şirkətlərini ölkəmizə yatırım qoymağa dəvət etmişdi.
Prezident İlham Əliyev Almaniyada səfərdəykən ordumuzun mövqelərinin Basarkeçərin Yuxarı Şorca kəndindən atəşə tutulması növbəti hay təxribatı olsa da, mümkündür ki, tapşırıq Fransadan gəlib.
"Bayraktar"ı Azərbaycanda iblis, Ukraynada mələk gözündə görənlərin yaramazlıqlarının daha bir təsdiqi Toyvo Klaarın Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinə yanaşmada sərgilədiyi mövqedir. Belə çıxır ki, qərbdəkilər Rusiya hərbçilərinə Donbasda işğalçı, Qarabağda xilaskar kimi yanaşırlar.
Mən Tehranda “Nizami Gəncəvi həftəsi”nin keçirilməsini fars şovinistlərinin türkün böyüklüyünü etiraf etmələri, bu böyüklüyə sığınmaları kimi qiymətləndirirəm.
ABŞ və Avropa Birliyinin Qafqaz üzrə təmsilçiləri Luis Bono və Toyvo Klaarın regiona səfərləri ilə bağlı verdikləri intervülərdən gəldiyim nəticə budur ki, birinci ikincidən daha ağır çəkili diplomatdır, mümkün qədər neytral görünməyə çalışır.
Avropa Birliyini bizim regionda təmsil edən Toyvo Klaar Laçın yolunun məhz Qarabağdakı Rusiya hərbçilərinin kontrolunda olmasını istəyir. Onun deməyinə görə, hərbi kontingentinin blokpostlarında yeni avadanlıqlar yerləşdirməklə Laçın yoluyla qanunsuz yüklərin daşınmasının qarşısını almaq olarmış.
Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında olan torpaqlarımızda qanunsuz hay silahlı birləşməsinin martın 5-dəki təxribatı haqqında sözü gedən ölkənin Müdafiə Nazirliyinin hələlik susmağa üstünlük verməsi özlüyündə çox şey deyir.
Paşinyan Makronun təşkil etdiyi Almaniya səfərində necə tolerant bir xalq olduqlarını qabartmaq üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmadığı halda parlamentlərində etnik azlıqlara 4 mandat ayrıldığını bildirdi.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu gün başa çatan Zirvə görüşü, eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışı bizim üçün bir sıra önəmli məqamlarla yadda qalacaq. Bu Zirvədən də tam aydın oldu ki, dövlətimiz Qoşulmama Hərakatına sədrlikdən həm onun nüfuzunun atması, həm də milli maraqlarımızın təmini yönündə faydalanmaqda davam edir.
Azərbaycan həmişə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan əməkdaşlığa can atıb ki, onlardan da biri Rusiyadır.