Uşaqlar valideyinlərin həyat tərzini görüb, tərbiyə götürürlər!
13.06.2026

75-i keçmişəm, hələ də eşidirəm, azərbaycanlılar təkrar-təkrar deyirlər ki, valideyinlər uşaqları tərbiyə etməlidirlər. Fikir kökündən səhvdir!

Əvvəla, valideynlər tərbiyəlidirlər ki? Bəs, bu qədər yaltaqlar, simasızlar, tüşvətxorlar, əliəyrilər, əyyaşlar, əxlaqsızlar, oğrular, qumarbazlar, əliəyrilər, lovğalar, yekəbaşlar... kimlərdir? Onlar öz balalarına necə desinlər ki, "oğlum (qızım), mənim kimi olma?" Desələr, guya təsiri olacaq? Bəs, cəmiyyətin eybəcərlikləri? Yetişməkdə olan nəsil nələr görür, eşidir? Həm də həyata təzə qədəm basan nəsil görür ki, təmiz yaşayanlara yer yoxdur! İş tapana, özünü düzəldənə, bir sözlə, çörək tapana kimi saçı-saqqalı ağarır, ömür qurtarır!

Bir sözlə, valideyin uşağı qarşısında oturdub, "tərbiyəli ol" deməklə o, tərbiyəli olmayacaq!

Bu fikirdə olanlar doğru yolda deyillər! Uşaqlar valideyinlərin həyat tərzini görüb, tərbiyə götürürlər!

Rüşvətxor uşağa "rüşvət alma" deməklə, gələcəyin adlı-sanlı rüşvətxorunu yetişdirir!..

Xeyrəddin Qoca

visiontv.az