Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə yenidən çirklənib.
Bu barədə yerli sosial şəbəkədə məlumat yayılıb.
"Zəhərli sənaye tullantıları və kimyəvi maddələrin Qarasu çayına axıdılması ilə turşulu maddələrin konsentrasiyası artıb və bu çayın suyu ilə suvarılan əkin sahələrinin məhvinə səbəb olub",- məlumatda bildirilib.
Bununla yanaşı çayın çirklənməsinin ekosistem, ətraf mühit, kənd təsərrüfatı, heyvan növləri və insanlar üçün ciddi təhlükə yaratdığı qeyd olunub.
Qeyd edək ki, Savalan dağının ətəklərindən qaynaqlanan 210 kilometr uzunluğundakı Qarasu çayı bölgə kəndlərinin içməli və əkin suyuna olan ehtiyacının təmin olunmasında əhəmiyyətli rol oynayır.
visiontv.az